Dünya futbolu
Türkiyə Super Liqasının bərpa tarixi açıqlandı
Koronavirus pandemiyası səbəbiylə dayandırılan futbol üzrə Türkiyə Super Liqasının bərpa tarixi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir açıqlama verib.
Ölkənin səhiyyə naziri Fahrettin Koca ilə görüş keçirən Özdəmir, liqanın iyunun 12-də bərpa olunacağını bildirib.
Super Liqadan başqa, 1-ci, 2-ci və 3-cü liqanın oyunları 12-13-14 iyun tarixlərində start götürəcək. Federasiya rəsmisi, səhiyyə nazirliyi ilə keçiriləcək görüşdən sonra oyunların necə keçiriləcəyinə qərar veriləcəyini bildirib.
Bundan başqa, Özdəmir, avqustun sonunda UEFA Çempionlar Liqasının final oyununun da keçiriləcəyini deyib.
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Dünya futbolu2024-04-26 09:42
Slot təsdiqlədi – “Liverpul”a getmək istəyir