Bizi izləyin

Layihə

Unudulmuş ənənələr: Bakıda futbolun əsas məskənləri biganəliyin qurbanıdır

blank
blank

Heç özünüzə sual verminizmi ki, niyə İngiltərənin London kimi böyük və əzəmətli şəhəri olduğu halda, bu ölkənin ən titullu klubları Mançester və Liverpul şəhərini təmsil edir? Əslində, dünyanın iqtisadi coğrafiyasından xəbəri olanlar üçün bu sualın cavabı çox sadədir. Çünki Böyük Britaniyanın kapitalizm dövründən bəri iki böyük sənaye şəhəri olub. Bəli, bunlar Mançester və Liverpul şəhərləridir.

XIX əsrin sonlarına yaxın bu şəhərdə işləyən fəhlələrin sevimli məşğuliyyətinə çevrilən futbol belə möhtəşəm komandaların yaranmasına da şərait yaratdı. Böyük Britaniyanın müxtəlif regionlarından bu şəhərə işləməyə gələnlər futbol klubunun ətrafında birləşərək əzəmətli cameə yaratdılar. Fəhlələrin ilk addım atdığı yolda klublara nəhəng sərmayələr qoyuldu və nəticədə bu iki sənaye şəhəri futbol şəhərinə çevrildi.

Avropada futbolun yayılma xəritəsinə də baxsaq, məhz ingilis fəhlələrin sayəsində bu oyun populyarlaşmağa başladı. Azərbaycana da futbol məhz ingilis fəhlələrin sayəsində gəlib. Təbii ki, söhbət neft sənayesində işləyən fəhlələrdən gedir.

Onların Bakıya axını nəticəsində futbol 1911-ci ildə Azərbaycanda ilk addımlarını atdı. Həmin dövrdə neft isə Bakının kəndlərində çıxırdı. Elə ilk futbol klubu kimi də “Balaxanı futbolçular dərnəyi” adlı komanda qeydiyyatdan keçdi. Balaxanıdakı neft fontanı sayəsində futbol da məhz bu kənddə fontan vuraraq həm digər Bakı kəndlərinə, həm də bütün respublikaya yayıldı. “Temp” və “Neftçi” klubları da bu fontanın təsiri nəticəsində SSRİ-nin güclülər dəstəsinə vəsiqə qazandı. Neft sənayesinin məbədinə çevrilən Bakı həm də müəyyən mənada futbol şəhəri kimi tanınmağa başladı. Ən azı, SSRİ-də Bakı deyəndə həm də haradasa “Neftçi”ni xatırlayırdılar. Baxmayaraq ki, Qafqazda bizdən daha yaxşı futbol oynayan komandalar olub.

Neftlə gələn təkan və “holland sindromu”

Amma təəssüf ki, neft sənayesinin ilkin qaynağı olan Bakı kəndləri futbol üçün katalizator rolunu oynadıqdan sonra öz yerini itirməyə başladı. Müstəqilliyin ilk illərinə qədər şam kimi közərən Bakı kəndlərinin futbolu indi sönmüş vəziyyətdədir.

Doğrudur, “Zirə”ni nümunə gətirmək olar. Amma tarixə boylanmalı olsaq,  Zirə heç vaxt Bakı kəndlərinin futbol mərkəzlərindən biri olmayıb. Bu mənada Sabunçu rayonunun komandaları həmişə fəallığı ilə seçilib. İstər SSRİ daxilində keçirilən Azərbaycan çempionatında, istərsə də müstəqillik dövrlərində Bakıxanov, Zabrat, Maştağa və Buzovna qəsəbələrinin komandaları mübarizə apararaq bu regionda dəbi müəyyənləşdirib. Bunu tam neft faktoru ilə əlaqələndirmək doğru olmasa da, qığılcımın məhz “ağ qızıl”dan yarandığını söyləməliyik.

blank
blank

Müəyyən vaxt ötdükdən sonra bu kəndlərin “Nicat” və “Xəzri” kimi futbol komandaları maliyyə problemlərinə görə fəaliyyətlərini dayandırdılarsa, “Bakı fəhləsi” “ANS Pivani”yə, “Xəzər Universiteti” də “İnter”ə çevrilərək aradan çıxdı. “ANS Pivani” sonradan çempionatdan çəkildisə, “İnter” sonralar yenidən Bakı kəndi cildinə girdi. Amma böyük futbol ənənəsi olmayan Keşlə kəndi də adını daşıyan komandaya böyük dəstək göstərə bilməyincə, paytaxdan Şamaxıya köçdü.

Belə baxanda, hazırda Zirə ilə yanaşı, futbolla yaşamayan Bakının daha bir kəndi də var ki, orada çıxış edən futbol komandası Premyer Liqamızda çıxış edir. Söhbət Masazırda çıxış edən “Sabah”dan gedir. Amma bu “Sabah”ın Bakı kəndinə nə dərəcədə aidiyyəti var? Bu klubun sadəcə, stadionu Masazır qəsəbəsində yerləşir. “Sabah”a qədər “Əlincə” futbol klubunun balansında olan stadion sonradan sahibini dəyişdi. Yəni, Masazır nə dərəcədə futbol kəndidirsə, “Sabah” da elə o dərəcədə bu kəndi təmsil edir.

Bunu haradasa “Qarabağ”ın Suraxanıdakı köhnə Tofiq İsmayılov adına qəsəbə stadionunda oynamasına bənzətmək olar. Vaxtilə bu stadion Suraxanını təmsil edən “Atəşgah” komandasının olub. Sonradan “Qarabağ” bura köçüb və “Azərsun” rəhbərliyinin təşəbbüsü ilə stadionun forması dəyişdirilib. Həmin stadion da vaxtıyla Suraxanı neftçilərinin futbol məbədlərindən biri olub. Elə “Neftçi İSM”-in bazalarından biri də məhz bu stadiona birləşdirilib.

Yenə də sözü gətirib neftin üstünə çıxartdıq. Məhz neft amili Bakı kəndlərində futbol klublarının yaranması və stadionların tikilməsinə şərait yaradıb.  Amma təəssüf ki, sonradan ilkin mənbə unudulub və Bakı kəndlərində yeni futbol klubları başqa meyarlara görə yaradılıb.

Əslində, ölkə üzrə də vəziyyət belədir. Bizdə Gəncə, Tovuz və Naxçıvan futbol şəhərləri kimi tanınsa da, bu şəhərlərin komandalarını kölgəyə çəkib futbol şəhəri olmayan Qəbələni, Şamaxını qabağa veriblər. Gəncə olan yerdə Qəbələ nə deməkdirsə, Buzovna olan yerdə Zirə də o deməkdir.

Müsibət oluruq biz, səhv düşəndə yerimiz

Heç özünüzə sual vermisiniz ki, niyə futbol İngiltərə yaransa da, Avropada böyük populyarlıq qazansa da, dünyanın ən etalon futbol ölkəsi Braziliya sayılır? Niyə tarixin ən güclü və topla möcüzələr yaradan futbolçuları məhz bu ölkədən çıxır? Bunun da cavabı çox asandır. Küçə futbolu və dəniz kənarı! Bütün məşhur braziliyalı futbolçuların keçmişini araşdırmalı olsaq, onların kasıb məhəllələrdə və Atlantik okeanının sahilindəki çimərliklərdə top qovduğunu görərik. Bu mənada Braziliyada çimərliklərin çəkisi daha böyük olub. Qumun üstündə topla hərəkət etmək futbolçu olmaq istəyən uşağın texniki özəlliklərini daha yüksəldir. Bu keçmişdə də belə olub, indinin özündə də belədir. Ademirdən Peleyə, Peledən Zikoya, Zikodan Ronaldoya, Ronaldodan Neymara, Neymardan da Vinisius Juniora qədər bütün braziliyaılar qızmar günəş altında, isti qumun üstündə bişərək nəhəng futbolçuya çevrilib. Yəni, Braziliyada bu ənənə itməyib. Təəssüf ki, neftin Bakı kəndlərinin futbol həyatında “holland sindromu” yaratması, yəni, tükənməsi kimi Abşeron qumunun Bakı futboluna verdiyi fayda da azalmaq üzrədir. Azalmaq nədir, artıq bunun mövcudluğundan danışmağa dəyməz.

blank
blank
blank

Halbuki, birvaxtlar Bakı çimərlikləri bu region əsl akademiya təsiri bağışlayırdı. Necə Tovuz və Gəncə istedadlı futbolçular çıxarırdısa, Abşeron çimərliklərində top qovan uşaqlar sonradan peşəkar futbolçuya çevrilirdi. Bu mənada Buzovna kəndinin xüsusi rolundan danışmaq olar. 1995/96 mövsümündə Azərbaycan çempionatında gümüş, növbəti mövsüm bürünc medal qazanan “Xəzri” həmçinin ölkə kubokunun finalında oynamaq imkanı qazanmışdı. Bu komandanın içindən çıxan Xəzər İsayev, Paşa Əliyev və Vadim Vasilyev kimi hücumçular məhz Buzovna çimərliklərinin sözün yaxşı mənasında məhsulu olub.

“Xəzri”nin özündən daha kimlər çıxmayıb ki? İmanxan Sultani, Aleksandr Musatkin, Faiq Əzizov, Aftandil Hacıyev, Ayxan Abbasov, Səbuhi Sadiqov… Siyahını uzatmaq da olar.  1974-cü ildə “Gənclik” adı ilə yaradılan və 1990-cı ilə qədər fəaliyyət göstərən bu komanda sonrada “Xəzri-Eltac” və nəhayət, “Xəzri” adı ilə çıxış etməyə başladı. Bu komanda parlaq dövrlərini kənd sakini Malik Atakişiyevin sponsorluğu sayəsində həyata keçirib. Amma 1997-ci ildə “Xəzri”nin ölkə kubokunun finalında, 90-cı dəqiqədə Faiq Əzizovun kobud səhvi nəticəsində buraxdığı qol sayəsində məğlub olması nəticəsində Atakişiyev kluba sponosorluğu dayandırıb. Həmin tarixdən bəri klub fəaliyyətini dayandırıb və Buzovnadakı “Gənclik” stadionu baxımsızlıqdan yararsız vəziyyətə düşüb.

Hazırda Gənclər və İdman Nazirliyinin balansında olan bu stadionda ot belə bitmir. “Xəzri”nin həvəskar komandası isə Bakı Kənd və Qəsəbələri birinciliyində oyunlarını Mərdəkandakı “Dalğa Arena”sında keçirir.

blank

Vaxtilə “Xəzər Universitet”inin çıxış etdiyi Zabrat qəsəbə stadionu da hazırda eyni vəziyyətdədir. Onsuz da AFFA uzun müddət Azərbaycan Premyer Liqasını Bakı birinciliyə çevirmişdi. Yəni bölgələrdə futbol infrastrukturu məhv edilmiş və çempionatı Abşeron daxilində keçirib vəziyyətə rahat nəzarət edirdi. Abşeronda klub yaradırdınızsa, bunu vaxtilə futbolla yaşayan kəndlərdə həyata keçirməyiniz daha məqsədəuyğun olardı. Zirə, Keşlə və ya Masazırda komanda yaradana və stadion tikənə qədər bu vəsaiti Buzovnaya – əsl futbol məkanına sərf etmək lazım idi.

Hazırda Mərdəkan və Şüvələndə heç bir klubun çıxış etmədiyi iki stadion var. Bunları inşa edənə qədər Buzovnadakı “Gənclik” stadionuna pul buraxmaq olmazdımı? Niyə ənənəçi ola bilmirik? Buzovna olan yerdə niyə Zirə, Bakının ən böyük kəndi Maştağa olan yerdə niyə Masazır, ya başqa birisi? Rəhmətlik şairimiz Qabil demişkən, “yağış yağır Talışa, Muğan həsrət yağışa”. Bu dəqiqə “Xəzri” ayaq üstə olsaydı, futbolla yaşayan Buzovna kəndində hər tur anşlaq olardı. Müsibət oluruq biz, səhv düşəndə yerimiz…

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Premyer-liqa2024-04-18 13:14

İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırdı

blank
Milli komanda2024-04-18 13:00

Millimiz İnkişaf turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 12:46

Muradlı liderliyi davam etdirir

blank
Digər idman növləri2024-04-18 12:31

Yığmamızın Polşa toplanışı başa çatdı

blank
Digər idman növləri2024-04-18 12:16

“Hədəfimiz çempionluqdur” – “Azərreyl”in kapitanı

blank
Digər idman növləri2024-04-18 12:00

Azərbaycan gimnastları Dünya Kubokunun finalında

blank
Digər idman növləri2024-04-18 11:47

MBA-da daha bir cütlük məlum oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm