Ölkə futbolu
Yevlaxda bazanın tikintisi yazda başa çatacaq
Yevlaxda futbolun inkişafı istiqamətində son bir neçə ildə əməli addımlar atılır. Futbolçular üçün tikintisi davam edən futbol bazası da buna əyani nümunədir.
Bazanın inşasına 2023-cü ilin may ayından başlanıb. İki mərtəbədən ibarət binanın daxilində elektrik, montaj, suvaq işləri yekunlaşmaq üzrədir. Hazırda fasad hissəsinə keramoqranit vurulur ki, onun da qısa zamanda tamamlanması planlaşdırılır.
Tikintidə işlərin demək olar ki, yarısı görülüb. Təbii ki, yeni bazanın nə vaxt hazır olacağı tarix böyük maraqla gözlənilir. İş icraçısının sözlərinə görə, işlərin 2024-cü ilin may ayına qədər tamamlanması planlaşdırılır. 1-ci mərtəbədə “Karvan” komandasının futbolçularının qalması üçün yataq otaqları və yeməkxana nəzərdə tutulub. 2-ci mərtəbədə isə iş, qonaq otaqları, konfrans zalı, eyni zamanda ofis fəaliyyət göstərəcək.
BƏHRUZ MUSAYEV, YEVLAX
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”