Bizi izləyin

Ölkə futbolu

Bolqar bibəri

Azərbaycan Premyer Liqasında hər zövqə görə məşq&cced…

blank
Azərbaycan Premyer Liqasında hər zövqə görə məşqçi olub. PRO kateqoriyali məşqçilərin işsizlikdən it döydüyü bir vaxtda PROsuz PROfessor, “PROvokasiya”sına “PROb” qoyduğumuz, problemli Böyükağa Hacıyev; Lənkəranı velosipedlə dolaşan, özünü ölkəmizə turist qismində gəlibmiş kimi aparan, karyerasının kölgəsində yatıb milyonlar qazanan Con Toşak; pul yeyən “banda”sıyla gəlib bir zada dərman olmayan Bojidar Bandoviç; “stilni” saçından başqa nə iləsə yadda qalmayan Vinfred Şefer; Bin Laden kimi Naci Şensoy; hərəkətləri ilə hamını dəli edən Hans-Yürgen Gede ilə birbaşa dəlixanaya yollanan Vlastimil Petrjela; qaraçı ənənələrini stadionda pişik saxlamaqla yaşadan Mirça Rednik; gürcü işbazların idarə etdiyi Kaxaber Sxadadze; pivə butulkasyla yatan Toni Adams; “vurmaqda” ondan geri qalmayan cizgi filmi qəhrəmanı Yuri Syomin və daha kimlər, kimlər…
 
Gözünüz aydın, biri də gəlir. İndidən özünü naza qoyan, gəlməmiş oyunbazlığa başlayan İvaylo Petev də futbolumuzda özünəməxsus iz qoyacaq. Ümid edirik ki, nəticələri ilə özündən söz etdirəcək, ondan tez-tez söz salmağımıza səbəbkar olacaq, daha davranışları, məntiqsiz açıqlamaları ilə yox. Amma bu adam hələ ki, işlədiyi komandalarda qazandığı az-çox uğurlardan elə məst olub ki, indidən özünü tələbolunan və vazkeçilməz biri kimi göstərməkdən zövq alır. Ola bilsin, “Qəbələ” ilə müqavilə bağlamaq üçün razılaşdığı məbləğ onun bir az da göylə getməsinə səbəb olub, elə bilir ki, AEL-də qala biləcəyini deməklə və ya “Botev”lə danışıq apardığını gizlətməməklə qiymət qaldırır. Kəsəsi, işə başlamasa da, oyuna başlayıb.
 
Bizimkilər İran, Rusiya, Ukrayna, Türkiyə klublarında dəstək vermək əvəzinə bir-birinin ayağının altını qazırdısa, Petev gəlməmiş onun həmyerlisi Georgi Nikolov reklama başlayıb. “İnter”in bolqar prezidenti ölkə mətbuatına açıqlamasında onun 5 hücumçuyla oynamasından, iş bacarığından elə bəh-bəhlə danışıb ki, sanki Qurban Qurbanov qoyun otarmaqla, Böyükağa Hacıyev ağac dibi belləməklə, Tərlan Əhmədov turp satmaqla məşğuldu. Con Toşak, Mustaga Dənizli, Yuri Syomin də zəhmət çəkmədən, tək ayaqla çempion olmağa gəlmişdi, əlləri ətəklərindən uzun qayıtdılar. Ona görə də bolqar bibərinin şirinliyindən dastan açmaq lazım deyil. Onun hansı qazanda bişəcəyini aşbazlar yaxşı bilir.
 
Düzü, Petevin dosyesinə ilk dəfə baxanda heyrətlənmiş, “Qəbələ”nin doğru birini seçdiyini düşünmüşdüm. Amma İvaylonun adı ətrafında gəzən son söz-söhbətlər bir qədər tərəddüdümə səbəb olub. O, mənə ağır atletikamızda bolqarların hoqqalarını, ümumiyyətlə, bu ölkənin nümayəndələri haqda gəzən mifik nağılların boşuna olmadığını xatırladır. Fırıldaq, işbazlıq sanki bunların vizit vərəqidi. Düzdü, Nikolov ölkəmizdə çalışdığı illər ərzində işi və alicənablığı ilə tamam fərqli təəssürat yaradır, “hər yerin pisi də, yaxşısı da olur” kimi Azərbaycan deyimini yada salır. Ancaq nədənsə İvaylonun addımlarından sonra tərəzinin bir gözünün daha ağır gəldiyini müşahidə edirik. Sanki bibər satmaq üçün yaxşı bazar tapılıb. Gərək kimsə Petevə xəbərdarlıq etsin ki, Qəbələdə son aylara kimi radiolokasiya stansiyası olub və hələ də qalan şüanın təsirindən əkdiyimiz şirin bolqar bibəri yetişəndə acı dada bilər.
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-25 21:15

Azərbaycan cüdoçusu AÇ-nin finalında uduzdu

blank
Digər idman növləri2024-04-25 20:54

2027-ci ildə ilk böyük turnir Səudiyyə Ərəbistanında olacaq

blank
Ölkə futbolu2024-04-25 20:43

Azərbaycan kubokunun finalçıları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-25 20:35

“Rolan Qarros”da daha bir korta dam quraşdırıldı

blank
Digər idman növləri2024-04-25 20:17

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

blank
Dünya futbolu2024-04-25 20:00

“Real”ın qapıçısı sıraya döndü

blank
Digər idman növləri2024-04-25 19:38

Azərbaycan gimnastları Bolqarıstandakı turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Dünya futbolu2024-04-25 15:47

Premyer Liqanın cari mövsümü tarixə düşdü

blank
Ölkə futbolu2024-04-25 15:33

“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 15:16

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

blank
Ölkə futbolu2024-04-25 15:01

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

blank
Ölkə futbolu2024-04-25 14:44

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm