Dünya futbolu
Mançini “Qalatasaray”dan getdi
Bu dəqiqələrdə “Qalatasaray”ın yaydığı rəsmi a&cc…
Bu dəqiqələrdə “Qalatasaray”ın yaydığı rəsmi açıqlamaya əsasən, komanda baş məşqçisi Roberto Mançini ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, klubun saytında rəhbərliyin Mançinin istəyinə uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə əməkdaşlığın dayandırıldığı bildirilib.
İstanbul təmsilçisi klubdakı faəliyyətinə görə Mançiniyə təşəkkürünü bildirib. Qərar italiyalı mütəxəssisin klub prezidenti Ünal Aysalla görüşündən sonra verilib. "Sarı-qırmızılar" bunun üçün Mançiniyə heç bir təzminat ödəməyəcək.
Qeyd edək ki, Mançini "Cim-Bom"un "sükanı arxası"na ötən mövsüm Fatih Terimin istefaya göndərilməsindən sonra – 2013-cü ilin oktyabrında gətirilmişdi. O, “sarı-qırmızılar”a Türkiyə kubokunu və Super Liqanın gümüş medallarını qazandırmışdı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”