Dünya futbolu
Gözlənilən cavab: "Qalatasaray"da tarix yazmaq istəyirəm"
Roberto Mançini ilə yollarını ayıran "Qalatasaray"…
Roberto Mançini ilə yollarını ayıran "Qalatasaray"ın yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq. Futbolinfo.az xəbər verir ki, Türkiyə mətbuatı İstanbul klubunun baş məşqçi postuna ən real namizəd kimi Mirça Luçeskunu göstərir.
"Qalatasaray" camiəsinin Luçeskunun gəlməsini gözlədiyi bir anda rumın çalışdırıcıdan azarkeşləri sevindirəcək bir mesaj gəlib. Belə ki, Mirça pulu və rahatçılığı deyil, həyəcan və hədəfi seçdiyini bildirib: "Mən pulu və rahatçılığı deyil, həyəcanı və hədəfi seçdim. "Qalatasaray"da yeni bir tarix yazmaq istəyirəm. Düzdü, Ukraynada böyük büdcələr, daha stressiz bir mühit var, amma mən fərqli şey istəyirəm. Bunun üçün də ən doğru ünvan "Qalatasaray"dı". Artıq rumıniyalının gəlişinin tezliklə baş tutacağını klub prezidenti Ünal Aysal işarə edib. Aysal mətbuata verdiyi açıqlamada baş məşqçi siyahısının ilk sırasında Luçeskunun adının olduğunu bildirib.
Artıq klub prezidenti büdcəni artırmaq qərarına gəlib. Belə ki, "Qalatasaray"ın büdcəsinin 30 milyon avroya qədər yüksələcəyi gözlənilir.
Qeyd edək ki, 69 yaşlı mütəxəssis 2000-02 illərində "Qalatasaray"ı çalışdırmışdı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib