Ölkə futbolu
Azərbaycan oynamış futbolçular danışılmış oyuna görə cəzalandırıldı
Syerra Leone Futbol Federasiyasının rəhbərliyi yığma komandanın…
Syerra Leone Futbol Federasiyasının rəhbərliyi yığma komandanın dörd üzvünü diskvalifikasiya edib. Futbolinfo.az xəbər verir ki, onlar danışılmış oyunlarda iştirak etməkdə ittiham olunurlar.
Dörd futbolçu arasında Azərbaycan futbolsevərlərinə yaxından tanış olan iki oyunçu da var. Bunlar vaxtilə "Bakı"da çıxış etmiş İbrahim Karqbo, eləcə də "Rəvan" və AZAL-da oynamış Samuel Barlaydı.
Federasiya rəhbərliyinin bu barədə yaydığı xəbərdə bildirilir ki, sözügedən oyunçular 2008-ci ildə Syerra Leone ilə Cənubi Afrika Respublikası (CAR) arasında keçirilmiş oyunun nəticəsini öncədən razılaşdırıbmışlar – 0:0. Üstündən illər keçməsinə baxmayaraq, bu qalmaqala görə 4 oyunçu ilə yanaşı, 3 hakim, eləcə də 8 federasiya rəsmisi də cəzalandırılıb. (Reuters)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib