Ölkə futbolu
"Sumqayıt" "Dinamo" ilə sülh bağladı
Topaz Premyer Liqasında 2014/15 mövsümünə hazırla?…
Topaz Premyer Liqasında 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Türkiyənin Kartepe bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda üçüncü yoxlama oyununda Batumi "Dinamo"su ilə üz-üzə gəlib.
Gürcüstan klubu ilə qarşılaşma heç-heçə başa çatıb. 29-cu dəqiqədə hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirən gürcülər hesabı açıblar. Amma cəmi 2 dəqiqə sonra komandamız hesabı bərabərləşdirib. 78-ci dəqiqədə "Sumqayıt" da penalti qazanıb və hesabda önə keçib. Amma 90+7-ci dəqiqədə "Dinamo" matçın yekun nəticəsini müəyyənləşdirib – 2:2.
Xatırladaq ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Perspolis"ə (İran) 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlmişdi.
Yoxlama oyunu
22 iyul
22 iyul
Sumqayıt – Dinamo – 2:2 (1:1)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”