Ölkə futbolu
Portuqaliya millisinin üzvü "Qəbələ"də
“Qəbələ” heyətini daha bir futbolçu ilə gü…
“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, daha öncə Ruslan Əmircanov, Andrey Kristya, Adrian Ropotan, Ruslan Abışov, Cavid Hüseynov, Pavol Farkaş və Markinyosu rənglərinə bağlayan "qırmızı-qaralar" portuqal hücumçu Yazalde Qomeş Pintonu da sıralarına qatıb.
1988-ci il təvəllüdlü hücumçu bu komandaya "Braqa"nın heyətindən cəlb olunub. O, növbəti mövsümü "qırmızı-qaralar"da icarə əsasında keçirəcək.
Yazalde "Varzim" klubun yetirməsidi. O, 2007-ci ildə əsas komandanın heyətində də çıxış edib. "Varzim"in əsas komandasında meydana çıxdığı 35 oyunda 8 dəfə fərqlənib. Bundan sonra "Braqa" rəsmilərinin diqqətini cəlb edən forvard, bu komandaya transfer olunub. Ancaq "Braqa"da işləri uğurlu alınmayan portuqaliyalı ölkəsinin "Olhanense", "Rio Ave", "Beyra Mar" klublarına icarəyə verib. Pintonun son klubu isə Rumıniyanın "Astra" klubu olub.
25 yaşlı hücumçu müxtəlif vaxtlarda Portuqaliyanın U-20 və U-21 komandalarında da çıxış edib. Yazalde, millinin formasında meydana çıxdığı 25 oyunda 7 dəfə rəqib qapıçılarını məyus edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”