Ölkə futbolu
Rail Məlikov Türkiyədə yoxa çıxdı
Son mövsümü “Qəbələ”də keçirən …
Son mövsümü “Qəbələ”də keçirən Rail Məlikov “qırmızı-qaralar”dan ayrıldılqdan sonra bir müddət klubsuz qalmışdı. Futbolinfo.az xəbər verir ki, futbolçu formadan düşməmək üçün keçmiş klubu “Dənizlispor”a üz tutub.
Ancaq bu, PTT 1-ci Liqasında çıxış edən klubun Məlikovla müqavilə imzalayacağı anlamına gəlmir. Belə ki, klubun baş məşqçisi Özcan Bizatı futbolçunun uzun müddət zədəli olmasından və əvvəlki formasından uzaq qalmasından xəbərdardı. 28 yaşlı müdafiəçi məşqçilər korpusunun ümidlərini doğruldacağı təqdirdə o, komandanın heyətinə cəlb oluna bilərdi. Ancaq əldə etdiyimiz məlumata görə, millimizin sabiq üzvü iki gündü ki, yoxa çıxıb. Etibarlı mənbədən bildirilir ki, Məlikov artıq komandanın düşərgəsində deyil. Görünür, Rail əvvəlki kimi, məşqçilər korpusunun etimadını qazana bilməyib. Onun hansısa başqa klubda peyda olması istisna deyil.
Qeyd edək ki, daha bir futbolçumuz – Nurlan Novruzov da “Dənizlispor”da baxışdadı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib