Dünya futbolu
Arda və Simeone "Real" zəfərindən danışdı
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeon…
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 3-cü turunda “Real” üzərində qələbənin qəhrəmanı Arda Turan haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, türk yarımmüdafiəçi haqda bu sözləri deyib:
“İkinci hissədə Arda Turanın meydana daxil olması oyunumuzda yaradıcılığı artırdı. Ümumiyyətlə, meydana sonradan daxil olan futbolçularımız özlərini doğrultdular. Arda vurduğu qolla bizə qələbə gətirdi və ehtiyatda qalmasının onun üçün problem olmadığını göstərdi”.
Arda özü də Simeone haqda fikirlərini bölüşüb: "Real"la matçda Dieqo Simeone məni 90 dəqiqə oynatmaq istəmədi. Çünki bundan sonra hələ sıx təqvimdə oynayacağımız yeddi önəmli görüşümüz var. "Atletiko"da kimin hansı matçda oynayacağı əvvəlcədən bəllidi. Madrid derbisində hücumda olduğumuz epizodda qol vuracağıma inanırdım. Ona görə də də Raul Qarsiyaya ötürmə vermədim və fərqləndim. "Barselona"ya 8 oyundur uduzmuruq. "Çelsi" və "Milan" kimi bir çox Avropa klubuna qalib gəlmişik. Bu da bizim Avropanın ən yaxşı komandalarından olduğumuzu sübut edir. "Atletiko"da heç bir futbolçu oyuna görə mükafat qazanmır. Maddi cəhətdən heç nə itirmədiyimiz üçün özümüzü komandaya sərf edirik. Dünyanın ən güclü komandalarını məğlub etməkdən zövq alırıq. Çox çalışırıq və buna görə də uğurlar əldə edirik".
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”