Premyer-liqa
Tahir Gözəl: "Qarabağ" buna layiqdi"
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Topaz Premy…
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Topaz Premyer Liqasının 9-cu turunda keçirilən "Xəzər Lənkəran" matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, o, evdəki 3:2 hesablı qələbəni belə şərh edib:
"Birinci hissədə 3 qol vurduq. İkinci hissə üçün də Oğuz Çətini təbrik edirəm, yaxşı oynadılar. Açığı, bizi qorxutdular. Bu, futboldu, necə keçəcəyi bilinməz. Şükürlər olsun ki, qalib gəldik. Çox həyəcanlı matç oldu. Emeqara da çox gözəl oynadı. Amma hələ də uyğunlaşmalıdı. Onun bugünkü çıxışından razı qaldım. İnanıram ki, gələcəyi var".
Gözəl "Dnepr"lə oyundan sonra Rusiyanın NTV+ kanalında səsləndirilən "Qarabağ"ı Azərbaycanda özəl sevirlər" fikirinə isə belə münasibət bildirib: "Azərbaycanda elə bir insan görmürəm ki, "Qarabağ"a, bu kluba ürəkdən bağlı olmasın. Bu ada görə bütün Azərbaycan "Qarabağ" olmalıdı. Məncə, klub da uğurları ilə bu yerə layiqdi".
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”