Dünya futbolu
Uğursuzun gedişi xorvatiyalını 1-ci etdi
Türkiyə Superliqasında mübarizə aparan klubların baş m?…
Türkiyə Superliqasında mübarizə aparan klubların baş məşqçilərinin illik gəlirləri açıqlanıb. Futbolinfo.az xəbər verir ki, hazırda qardaş ölkədə ən çox qazanan mütəxəssis “Beşiktaş”ın başında olan Slaven Biliçdi.
"Ağ-qaralar"ın xorvat çalışdırıcısı il ərzində 1.6 milyon avro məvacib alır. "Sivasspor"un braziliyalı məşqçisi Roberto Karlos 1.5 milyon avro illik məvaciblə yalnız Biliçdən geri qalır. Ərsun Yanal (Trabzonspor) 1.47 milyon avro ilə üçüncü yerdədi. “Fənərbaxça” baş məşqçi İsmail Kartala ildə 815 min avro verir. "Qalatasaray"ın yenicə anlaşdığı Həmzə Həmzəoğlu isə 410 min avro ilə 5-cü pillədədi.
Qeyd edək ki, Həmzəoğlundan öncə qazandığı uğursuz nəticələrə görə istefaya göndərilən tanınmış məqşçi Çezare Prandelli “Qalatasaray”la illik 2.3 milyon avro məvacibə razılaşmışdı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”