"Sumqayıt"ın gənc futbolçusu Kərim Diniyev Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə oyunu şərh edib. Futbolinfo.az saytına açıqlamasında o, 1:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:
"Qələbəyə layiq oynadıq. Hakimin penalti verməməsi matçın pik nöqtəsi oldu. Hava şəraiti də bizim əleyhimizə idi".
Qeyd edək ki, müqavilə ilə "Neftçi"yə məxsus olan Diniyev "Sumqayıt"da icarə əsasında çıxış edir. Amma paytaxt klubu "gənclik şəhəri" təmsilçisi ilə görüşdə Diniyevlə yanaşı, digər yetirmələrinin də iştirakına qadağa qoymuşdu.






