"Kruzeyro"nun yarımmüdafiəçisi Everton Ribeyro 2013-cü ildə Braziliya çempionatının ən yaxşı futbolçusu adına layiq görülüb. Futbolinfo.az xəbər verir ki, çempion komandanın futbolçusu ötən mövsüm komandasının heyətində 34 oyuna 7 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
"Kruzeyro"nun çalışdırıcısı Marselo Oliveyra isə çempionatın ən yaxşı məşqçisi seçilib. O, komandayla birlikdə çempionluq tituluna yiyələnib.






