Futbolda bunu da gördük. Futbolinfo.az xəbər verir ki, Belçikanın "Rakinq Boksberq" klubu Brus Braytes adlı 20 aylıq körpəni transfer edib.
Klubun məşqçi heyəti tərəfindən bəyənilən körpə 5 yaşdan aşağı olan qrup daxil edilib. "Rakinq Boksberq"in mətbuat xidmətinin rəhbəri Dani Vodnik bunları deyib: "Topla sanki 4-5 yaşlı uşaqlar kimi davranır. Onlar kimi də driblinqlər edir. Üstəlik hər iki ayağından istifadə etməyi bacarır".






