Futbol üzrə İspaniya La Liqasında 15-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Madrid "Atletiko"su bu tur səfərdə "Elçe" ilə qarşılaşıb.
Qarşılaşma qonaqların inamlı qələbəsi ilə başa çatıb. Meydana "Bakı-2015" titul reklamı ilə çıxan "Atletiko" rəqibini 2 cavabsız qolla yenib.
Madrid klubu bu nəticədən sonra 40 xalla ikinci pillədəki mövqeyini qoruyub.






