Londonun "Çelsi" klubununu baş məşqçisi Joze Mourinyo qış transfer planları haqda danışıb. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yanvarda komandaya heç bir futbolçu gətirməyəcəklərini deyib:
"Hazırda hər hansı bir oyunçunun transferi üçün danışıqlar aparmırıq. Yanvarda heç bir transfer etməyəcəyik, heç kim də komandadan göndərilməyəcək. Hücum xəttində yolumuza Samuel Eto`O, Demba Ba və Fernando Torreslə davam edəcəyik".





