Bu mövsümü icarə əsasında “Sumqayıt”da keçirən, lakin müqavilə ilə “Bakı”ya məxsus olan Nurlan Novruzovun Türkiyə PTT 1-ci liqasında oynaya biləcəyi haqqında məlumat vermişdik. Futbolinfo.az xəbər verir ki, gənc hücumçu “Fəthiyəspor” klubunda baxışda da olmuşdu.
Lakin "Fəthiyəspor"un maliyyə imkanlarına görə bizim yerli klublaradan nisbətən geridə qalması gənc hüçumçunun müqavilə bağlamasına mane olub. Bundan başqa Novruzovun PTT 1-ci liqasında çıxış edən "Karşıyaka" ya keçmək imkanı olsa da, karşıyakalı futbolçuların 5 aydı məvacibini ala bilməməsi Nurlanın da gözünü qorxudub.
Əldə etdiyimiz digər məlumata görə futbolçuya Almaniyanın 2-ci Bundesliqasından təklif var. Yeni ilin ilk günlərində Novruzovun yeni klubunun adına aydınlıq gələcək. Çox güman ki, gənc hüçumçunu tezliklə Almaniya klublarından birində görə biləcəyik.





