"Rəvan" daha bir neçə futbolçusu ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, Rəşad Abdullayevlə qarşılıqlı razılaşma əsasında vidalaşan Bayıl təmsilçisi daha 2 futbolçusunu komandadan göndərib.
Belə ki, Vüsal Qarayev, Fredrik Holster bu gündən etibarən komandanın düşərgəsindən ayrılıb. Artıq baş məşqçi Güvenç Kurtar adıçəkilən futbolçuların mövqelərini doldurmaq üçün yeni oyunçular axtarır. Türkiyəli mütəxəssis "Rəvan"da baxışda olan braziliyalı Tyaqo Mirasemanı komandada saxlamaq niyyətindədi. Bu səbəbdən futbolçu ilə tezliklə müqavilə imzalanacaq.
Qeyd edək ki, bir müddət əvvəl "Rəvan" müdafiəçi Sohib Savankulovla yolları ayırmışdı.





