"Sumqayıt"ın şərəfini qoruyan Aleksandr Çertoqanov futbolçu karyerasını başa vurub. Futbolinfo.az xəbər verir ki, yığmamızın sabiq futbolçusunun bu addımı atmasına səbəb belindəki ağrılardı.
Bu barədə saytımımıza açıqlamasında "Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Aqil Məmmədov məlumat verib: "Çertoqanov bizimlə əlaqə saxlamışdı. Onun belində ağrılar olduğundan daha komandaya qayıtmayacaq. Ola bilsin ki, karyerasını başa vurdu".





