Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Liverpul” “Kristal Pelas”ın qonağı olub və əzmkar qələbəyə sevinib.

Lider “Mançester Siti” də ilk oyun günündə meydana çıxıb. Addım-addım çempionluğa yaxınlaşan Xosep Qvardiolanın yetirmələri Liverpul səfərində “Everton”la qarşılaşıb və inamlı qələbə qazanıb.

MY də evdə "Suonsi"dən üstün olub.

İngiltərə Premyer Liqası
32-ci tur

31 mart

Kristal Pelas – Liverpul 1:2
Qol: Milivoyeviç, 13-pen – MAne, 49. Salah, 84.

Brayton – Lester 0:2
Qol: İborra, 83. Vardi, 90.

Mançester Yunayted – Suonsi 2:0
Qol: Lukaku, 5. Sançes, 20.

Nyukasl – Haddersfild 1:0
Qol: Peres, 80.

Uotford – Bornmut 2:2
Qol: Kiko, 13. Pereyra, 49 – Kinq, 43-pen. Defo, 90.

Vest Bromviç – Bernli 1:2
Qol: Rondon, 83 – Barnes, 22. Vud, 73.

Vest Hem – Sauthempton 3:0
Qol: Mario, 13. Arnautoviç, 17; 45.

Everton – Mançester Siti 1:3
Qol: Bolasie, 63 – Sane, 4. Q.Xesus, 12. Sterlinq, 37.

1 aprel

16:30 Arsenal – Stok Siti
19:00 Çelsi – Tottenhem

Shares: