Futbol üzrə Almaniya Bundesliqasında 28-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə 7 qarşılaşma keçirilib.

Günün və turun mərkəzi oyunu Münhendə baş tutub. Lider “Bavariya” əsas rəqiblərindən Dortmund “Borussiya”sını qəbul edib. Münhen təmsilçisi rəqibini biabırçı hesabla məğlub edib.

Liderin əsas izləyicisi "Şalke" isə doğma meydanda "Frayburq" üzərində inamlı qələbəyə sevinib.

Almaniya Bundesliqası
28-ci tur

31 mart

Bayer – Auqsburq 0:0

Hannover – Leyptsiq 2:3
Qol: Sane, 71. Fullkruq, 78 – Forsberq, 16. Orban, 54. Poulsen, 76.

Hoffenhaym – Köln 6:0
Qol: Qnabri, 22; 47. Ut, 56; 65. Rupp, 61. Zuber, 72.

Şalke – Frayburq 2:0
Qol: Kaliciuri, 63. Buqrstaller, 73.

Ştutqart – Hamburq 1:1
Qol: Ginçek, 44 – Holtbi, 18.

Bavariya – Borussiya (Dortmund) 6:0
Qol: Levandovski, 5; 44; 87. Rodriqes, 14. Müller, 23. Riberi, 45.

Herta – Volfsburq 0:0

1 aprel

17:30 Verder – Ayntraxt 
20:00 Maynts – Borussiya (Münhenqladbax)

Shares: