Futbol üzrə Fransa Liqa Kubokunun final oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, həlledici oyunda PSJ ilə “Monako” üz-üzə gəlib. Paris təmsilçisi bu görüşdə darmadağınla qalib gələrək, Liqa Kubokuna sahib çıxıb.

Qeyd edək ki, PSJ tarixində 8-ci dəfə Fransa Liqa Kubokunun qalibi olub. Parislilər bu göstəricidə ölkə rekordçusudular.

Fransa Liqa Kuboku
Final

31 mart

PSJ – Monako 3:0
Qol: Kavani, 8-pen; 85. Di Mariya, 21.

Shares: