Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın “Krılya Sovetov” klubu, qış hazırlıq planının 2-ci mərhələsi çərçivəsində Türkiyəyə yollanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Samara təmsilçisinin toplanışı fevralın 13-dək davam edəcək. “Krılya Sovetov”un baş məşqçisi Miodraq Bojoviç Antalyaya 26 oyunçu aparıb. Şeydayev də toplanışa gedən futbolçular arasında yer alıb.

“Krılya Sovetov” Türkiyədə 4 yoxlama oyunu keçirəcək. Samara təmsilçisi fevralın 2-də Bolqarıstanın “Botev”, 6-da Serbiyanın “Partizan” klubuyla qarşılaşacaq. Latviyanın “Spartak” və Qazaxıstanın “Kaysar” komandaları ilə qarşılaşma isə fevralın 12-nə nəzərdə tutulub.

“Krılya Sovetov” qış hazırlığının ilk mərhələsini BƏƏ-də keçirmişdi. Samara təmsilçisinin hazırlığının 3-cü mərhələsi də 17-28 fevral tarixlərində Türkiyədə olacaq.

Shares: