Canpyero Qasperini hədəfindən yayınmayıb. “Atalanta”nın baş məşqçisi ardıcıl iki məğlubiyyətin onları yolundan döndərməyəcəyini deyir.

Futbolinfo.az xəbər verir ki, son illər yüksəlişdə olan berqamolular bu mövsüm qızıl medallara da iddia edir. Lakin dünən “Fiorentina”ya məğlubiyyətdən sonra şans azalıb. Hazırda “İnter”dən 9, “Napoli”dən 6 xal geri qalan “Atalanta” 3-cü pillədədir.

Qasperini isə təslim olmur: “Biz yenə də çempionluğa namizədik. Hədəfimiz dəyişməyib. Sondək mübarizə aparacağıq”.

Shares: