Bu gün AFFA U-10 və U-12 liqasının Qərb zonası üzrə yarışları başa çatıb.

Futbolinfo.az xəbər verir ki, Qərb Regional Futbol Federasiyası tərəfindən sözügedən liqalarda nümunəvi davranışları ilə seçilən futbolçulara “Fair-Play” fəxri fərmanları təqdim olunub.

Tovuz Olimpiya İdman Kompleksində keçirilən tədbirdə liqalar üzrə məşqçilər tərəfindən seçilmiş futbolçulara fəxri fərmanları QRFF-nin koordinatoru Rasim Əliyev, AFFA Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin Qərb zonası üzrə nümayəndəsi Vüsal Qocayev, məşqçilər və valideynlər təqdim ediblər.

Fərqlənən futbolçuların siyahısı belədir:

U-10 Liqa

  1. Yusif Comərdov, “Ağstafa Gəncləri”
  2. Rəhim Abbaszadə, “Şəmkir”
  3. Hüseyn Namazov, “Yasamal” (Şəmkir)
  4. Zahid Əliyev, “Avey” (Ağstafa)
  5. Mənsur Budaqov, “Qazax-Siti”
  6. Mirnihat Əliyev, “Gülül” (Ağstafa)
  7. Ricay Məmmədzadə, “Turan Tovuz”
  8. Arda Əhmədov, “Hünər” (Tovuz)
  9. Tunar Əliyev, “Olimpiya” (Tovuz)

U-12 Liqa

  1. Arif Məsmalıyev, “Ağstafa Gəncləri”
  2. Uğur Məmmədov, “Şəmkir”
  3. Həsən Atayev, “Yasamal” (Şəmkir)
  4. Məqsəd Bayramov, “Avey” (Ağstafa)
  5. Cəfər Həsənli, “Qazax-Siti”
  6. İbrahim Əlizadə, “Gülül” (Ağstafa)
  7. Süleyman Əsgərzadə, “Turan Tovuz”
  8. Hüseyn Həsənli, “Hünər” (Tovuz)
  9. Hüseyn Əliyev, “Olimpiya” (Tovuz)
  10. Ümid Qasımov, “Qazax Gənclər”
9b012e7d 9748 4341 a7b0 24824370c653 - Futbolinfo.az
21a97358 80d6 4d36 a6f8 a01bdaa4b65f - Futbolinfo.az
97ebcc77 ba8a 48cd b6df ecaa0e9e501d - Futbolinfo.az
19214f55 0447 4849 8d5b f3db4be86a38 - Futbolinfo.az
a4417cc0 96a4 42c0 82fc 9057a6bfeb18 - Futbolinfo.az
b06a3a5c 61d6 46a7 a1ee a9ab67766997 - Futbolinfo.az
ce7df58b 322b 4bc7 a1d3 da88faefa569 - Futbolinfo.az
f592a20a aafb 4f6c 8642 218117149da7 - Futbolinfo.az
Shares: