UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Arsenal” öz meydanında PSJ-yə 0:1 hesabı ilə məğlub olub.
Futbolinfo.az xəvər verir ki, matçboyu ev sahibləri ard-arda qol cəhdi etsələr də, parislilərin qapıçısı Canluici Donnarumma gözəl qurtarışları ilə diqqət çəkib və komandasını bir neçə dəfə xilas edib.
İtaliyalı qolkiper bu oyunda ən azı 5 əla seyv edib ki, bu da PSJ tarixində son 20 ildə Çempionlar Liqasının pley-off mərhələsindəki ən yüksək rekorddur.
Bu komandalar arasındakı cavab oyunu gələn həftə keçiriləcək.
Digər yarımfinal cütündə isə bu gün “İnter” və “Barselona” qarşılaşacaq.






