Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/25 mövsümünə yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, mövsümün sonuncu oyunu Sumqayıtda keçiriləcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq final görüşündə “Qarabağ” “Sabah”la üz-üzə gələcək.

İnqilab Məmmədovun idarə edəcəyi oyunda Ağdam klubu “qızıl dubl”a, paytaxt təmsilçisi isə ilkə imza atmağa çalışacaq.

Xatırladaq ki, “Qarabağ” 8 dəfə kuboku qazanmaqla turnirin mütləq rekordunun sahibidir. Qurban Qurbanovun yetirmələri həm də kubokun son qalibidir və ardıcıl 2-ci, ümumilikdə 9-cu dəfə mükafata sahib olmaq istəyirlər. Tarixində ilk dəfə final həyəcanı yaşayacaq “Sabah” isə birinci titulunu əldə etməyə köklənib.

Azərbaycan Kuboku
Final

31 may

“Qarabağ” – “Sabah” 2:2 (2-ci hissə)
Qollar: Kadi Borges, 45+1. Con İrasabal, 68-öz qapısına – Pavol Şafranko, 36-pen. Kahim Parris, 90+7.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 17. Tellur Mütəllimov, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 2. Amin Seydiyev, 6. Abdulla Xaybulayev, 32. Elgün Dünyamalıyev, 4. Sofian Çakla, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç, 33. Umarali Rahmonaliyev.
Baş məşqçi: Vasili Berezutski.

Shares: