“Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə “Arsenal”ın idman direktoru Andrea Berta arasında Çempionlar Liqasının yarımfinal oyununun sonunda münaqişə baş verib.
“Marca”nın məlumatına görə, oyunun sonlarında, hesab 1:0 London komandasının xeyrinə olarkən, Berta əlavə vaxtla bağlı dördüncü hakimlə danışıb və bu, Simeoneni qəzəbləndirib. Argentinalı məşqçi əvvəllər “Atletiko”da çalışmış 54 yaşlı italiyalı mütəxəssisi itələyib. Nəticədə meydanın kənarında dava düşüb.
Berta 2017-ci ildən 2025-ci ilə qədər “Atletiko”nun idman direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, “Arsenal” Çempionlar Liqasının finalına yüksəlib. Orada londonlular PSJ – “Bayern” matçının qalibi ilə qarşılaşacaq. Final mayın 30-da Budapeştdəki “Ferens Puşkaş” stadionunda keçiriləcək.






