MBA-da pley-off seriyasının ikinci raunduna start verilib. Konfrans liderləri ilk oyunlarını inamla keçirib.
“Oklahoma Siti Tanders” doğma arenada “Los-Anceles Leykers”ə qalib gəlib – 108:90. Qonaq komandanın ulduzu Lebron Ceyms 27 xal toplayıb. Meydan sahiblərində isə Çet Holmqren 24 xal yığıb.
Şərqdə birinci olan “Pistons” ilk oyunda “Klivlend Kavalers”ə qalib gəlib – 111:101. Keyd Kanningem 23 xal, 3 asist və 7 ribaundla yadda qalıb. Qonaqlarda isə Dovona Mitçel 23 xal toplayıb.






