Formula 1 və FIA əvvəllər ləğv edilmiş yarışlardan ən azı birini mövsüm təqviminə qaytarmağı düşünür. Bunlara Yaxın Şərqdəki gərgin vəziyyət səbəbindən aprel ayında ləğv edilmiş Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışlar daxildir.
“RacingNews365”in verdiyi məlumata görə, mümkün variantlardan biri 2-4 oktyabr həftəsonudur. Bu, Azərbaycan və Sinqapur Qran-Prisi arasındakı boşluqdur və yarış üçün uyğun pəncərə sayılır.
Bəhreyn mərhələsi hələlik FIA-nın prioriteti olaraq qalır, bu üstünlüyün səbəbi logistikanın rahatlığıdır.
Onu da əlavə edək ki, Səudiyyə Ərəbistanı rəsmiləri yarışlarının geri qaytarılmasını daha israrla tələb edirlər.






