“Bayern” Xviça Kvaratsxelyanın qardaşı ilə maraqlanır. Münhen klubu Tornike Kvaratsxelyanı transfer edə bilər.

“LaGazzetta.ge”nin məlumatına görə, Münhen klubundan başqa digər Avropa klubları da Xviça Kvaratsxelyanın 16 yaşlı qardaşını izləyir. Şənbə günü cinah oyunçusu ilk dəfə Tiflis “Dinamo”sunun iştirak ərizəsinə salınıb.

Oyundan sonra Kvaratsxelyanın “Bayern” rəhbərliyi ilə görüşmək üçün Almaniyaya uçduğu bildirilir. Maraqlıdır ki, böyük qardaşın klubu PSJ bu gün Münhendə Çempionlar Liqasının yarımfinalının cavab oyununda Almaniya komandasına qarşı oynayacaq.

Shares: