Mövsümün ikinci “Böyük Dəbilqə” turniri olan “Rolan Qarros”da kişilər arasında yarışın yarımfinal mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, dünya reytinqində 3-cü pillədə qərarlaşan Aleksandr Zverev yarımfinalda çexiyalı Yakub Menşiki məğlub edərək finala vəsiqə qazanıb.
Almaniyalı tennisçi ilk setdə rəqibinin ciddi müqaviməti ilə üzləşsə də, 7:5 hesablı qələbə qazanıb. Sonrakı setdə də üstünlüyünü davam etdirən Zverev üçüncü hissədə 3:6 hesabı ilə uduzub. Lakin dördüncü bölümdə yenidən təşəbbüsü ələ alan almaniyalı tennisçi 6:3 hesabı ilə qalib gələrək görüşü öz xeyrinə başa vurub.
Beləliklə, Aleksandr Zverev iki ildən sonra yenidən “Rolan Qarros”un finalına yüksəlib. O, sonuncu dəfə ötən ilin əvvəlində Avstraliya Açıq çempionatının finalında oynamaq imkanı qazanmışdı.
Finalda Zverevin rəqibi italiyalı Flavio Kobolli olacaq. ATP reytinqində 14-cü sırada yer alan 24 yaşlı tennisçi həmyerlisi Matteo Arnaldinin zədə səbəbindən yarımfinal görüşünə çıxmaması nəticəsində karyerasında ilk dəfə Böyük Dəbilqə turnirinin finalında iştirak etmək hüququ əldə edib.






