Beynəlxalq Avtomobil Federasiyasının stüardları “Maklaren” komandasını 30 min avro məbləğində cərimələyib.
Futbolinfo.az xəbər verir ki, buna səbəb Monako Qran-prisinin ikinci sərbəst yürüşündə pilot Lando Norrisin bolidində CDS (muftanın söndürülməsi sistemi) düyməsinin üzərinin şəffaf lentlə (“skotç”) bağlanması olub.
FİA-nın açıqlamasına görə, cərimənin 10 min avroluq hissəsi şərti xarakter daşıyır və komanda növbəti 12 ay ərzində oxşar qayda pozuntusuna yol vermədiyi təqdirdə tətbiq olunmayacaq. “Maklaren” düymənin üzərinin aerodinamik məqsədlərlə örtüldüyünü etiraf edib. FİA isə bildirib ki, bu addım CDS sisteminin əsas funksiyasını faktiki olaraq yararsız hala gətirib, çünki təhlükəsizlik əməkdaşları qoruyucu əlcəklərlə həmin düyməni operativ şəkildə aktivləşdirə bilməyiblər.
Stüardlar qeyd ediblər ki, cərimənin məbləği oxşar əvvəlki pozuntu ilə müqayisədə azaldılıb, çünki həmin hadisədən sonra bütün komandalar CDS sisteminin əhəmiyyəti barədə artıq xəbərdar edilmişdilər.






