Harri Keyn dünya çempionatları tarixində İngiltərənin rekordunu təkrarlayıb. 32 yaşlı forvard DÇ-2026-nın qrup mərhələsində Xorvatiya ilə oyunda (4:2) dubla imza atıb.

Bununla da Keyn dünya çempionatlarında vurduğu qolların sayını 10-a çatdıraraq Hari Linekerin rekorduna şərik olub. Lineker mundiallarda 10 qolu ilə uzun illər İngiltərə rekordunu əlində saxlayırdı. Keyn isə növbəti qolunu vuracağı təqdirdə bu göstəricidə təkbaşına lider olacaq.

Keyn hazırda İngiltərə millisinin tarixində ən çox qol vuran (81) futbolçudur. Kapitan Xorvatiya ilə matçın ən yaxşısı seçilib.

Shares: