Futbol üzrə dünya çempionatında daha br oyun baş tutub. Debütant Özbəkistan Kolumbiya ilə üz-üzə gəlib.
Mexiko stadionunda keçirilən K qrupunun I turunun matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib. Kolumbiyanın qollarını Daniel Munoz (40), Luis Dias (65) və Xaminton Kampas (90+9) vurub. Özbəkistan yığmasında isə Abbosbek Fayzullayev (65) fərqlənən oyunçu olub.
Qeyd edək ki, bu qrupun Portuqaliya – Konqo Demokratik Respublikası oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.






