Azərbaycan 1-ci Liqasında mübarizə aparacaq “Şimal”ın ev oyunlarını keçirəcəyi stadion məlum olub. Xaçmaz təmsilçisi rəqiblərini Şamaxıda qəbul edəcək.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, komandanın ev oyunları Şamaxı Olimpiya Mərkəzinin stadionunda keçiriləcək. Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu 1-ci Liqa matçları üçün əlverişsiz hesab olunduğundan Şimal təmsilçisi bu addımı atıb.

Komanda ilk turda sabah “Gəncəbasar”ı qəbul edəcək.

Xatırladaq ki, Şamaxıdakı əsas stadionda Misli Premyer Liqa təmsilçiləri “Şamaxı” ev oyunlarını keçirir. Tezliklə “Araz-Naxçıvan” da bura köçməyi planlaşdırır.

Shares: