“Baku Sportinq” növbəti transferini rəsmiləşdirib. Hücumçu Ali Babei I Liqa klubunun heyətinə cəlb olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha öncə “Sepahan”, “Ankara Keçiörengücü”, “Ferizaj”, “Dukaqjini” və “Səbail” kimi klublarda çıxış edən futbolçu artıq “Baku Sportinq”in uğurları üçün çalışacaq.

Çempionatda yeni mövsümə bu gün start veriləcək. “Baku Sportinq” ilk turda saat 17:00-da “Karvan-Yevlax”la qarşılaşacaq.

Shares: