Dünya futbolu
"Barselona" Suaresi satdı
"Sevilya" digər İspaniya təmsilçisi "Barselon…
"Sevilya" digər İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Denis Suaresin transfer vərəqəsinə sahib çıxıb. Futbolinfo.az xəbər verir ki, Kataloniya klubuna məxsus olan və "Sevilya"da 2 ildi icarə əsasında çıxış edən Suares bundan sonra keryerasını daimi əsaslarla Andalusiya klubunda davam etdirəcək.
Bununla bağlı, "Sevilya"nın prezidenti Xose Kastro məlumat verib: "Artıq Denis Suares rəsmən bizim futbolçudu. Görək, "Barselona" həmin oyunçunun geri almaq hüququndan istifadə edəcəkmi".
Əvvəlcədən xəbər yayılmışdı ki, "Sevilya" ispaniyalı xavbekin transferi üçün 6 milyon avro xərcə düşə bilər. "Barselona" isə bu halda futbolçunu geri qaytarmaq üçün 9 milyonundan keçməlidi.
Qeyd edək ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi son mövsümdə 31 qarşılaşmada meydanda olub ki, bu oyunlarda ümumilikdə 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”