I Liqa
"Əlincə"ni 1-ci diviziona niyə buraxmırlar?
Azərbaycan çempionatının 1-ci divizionda çıxış etm…
Azərbaycan çempionatının 1-ci divizionda çıxış etməyə qərar verən “Əlincə” maliyyə sıxıntısı səbəbindən qərarını dəyişməli olub. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Masazır təmsilçisi lisenziya üçün lazım olan sənədləri PFL-ə təqdim edə bilməyib.
Yəni bank təminatı və digər sənəd işləri ilə bağlı klubun problemləri yaranıb. Məsələ ilə bağlı "Əlincə"nin direktoru (v.i.e.) Ceyhun Abbasovla əlaqə saxladıq. O, yaranmış problemlə bağlı bu sözləri deyib:
"Fikrimcə, elə bir sıxıntımız olmayacaq. 100 faiz deyə bilmərəm, amma düşünürəm ki, klubumuz növbəti mövsümdən birinci divizionda mübarizə aparacaq. Sənədləşdirmə ilə bağlı ciddi bir problemimiz yoxdu. Hər şey ola bilər. Klub olaraq son qərarı verməmişik".
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”