Dünya futbolu
Almaniya millisinin daha bir üzvü "Qalatasaray"da
Bir neçə gün öncə Almaniya millisinin hücum&cc…
Bir neçə gün öncə Almaniya millisinin hücumçusu Lukas Podolskini heyətinə qatan "Qalatasaray" sözügedən yığmanın daha bir üzvünü transfer etmək istəyir. Futbolinfo.az xəbər verir ki, bu, 29 yaşlı forvard Mario Gomesdi.
Türkiyə mətbuatının yazdığına görə, İstanbul təmsilçisinin prezidenti Dursun Özbək və digər idarəçilər bu keçidi bitirmək üçün futbolçu və klubu "Fiorentina" ilə danışıqlara başlayıb. Mənbədə bildirilir ki, "sarı-qırmızılar" İtaliya təmsilçisi ilə yollarını ayırmaq istəyən təcrübəli qolçunu da Podolski kimi, 2.5 milyon avro civarında bir məbləğə heyətinə qatmaq üzrədi.
Qeyd edək ki, Gomes 2013-cü ildə ölkəsinin "Bavariya" (Münhen) klubundan "Fiorentina"ya keçmişdi. "Bənövşələr"lə 2017-ci ilə qədər müqaviləsi olan oyunçu ötən mövsüm A Seriyasında 20 matça şıxıb, 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qaldı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”