Bizi izləyin

Ölkə futbolu

“Qarabağ”ın “STOP”səbəbləri: Görünən və görünməyən “aysberqlər”

Azərbaycan bu il də Çempionlar Liqasının qrup mərhələsin…

blank
Azərbaycan bu il də Çempionlar Liqasının qrup mərhələsinə düşmək uğrunda keçirilən oyunlarda iştirak etməyəcək. Ardıcıl 2-ci dəfə ölkə çempionu tituluna yiyələnən “Qarabağ” yenə də 3-cü təsnifat mərhələsində ilişdi.
Şotlandiya “Seltik”i indiyədək ÇL-in 3-cü təsnifat mərhələsində Azərbaycan klublarının bəxtinə düşən ən münasib rəqib idi. Ad-sanına görə yox, hazırkı durumuna görə. Ancaq nə qədər acınacaqlı olsa da, “Qarabağ”ın da ötənilki kimi, əzəmətli olmadığını da qabartmalıyıq.
Ağdamlıların oyununda geriləməni yalnız Muarem və Corc, və ya meydançanın faciəvi durumu ilə bağlamaq düzgün deyil. Ötən mövsümə diqqət yetirmək lazımdı. Premyer Liqamızın səviyyəsinin kəskin şəkildə aşağı düşməsi “Qarabağ”dan yan keçə bilməzdi. Yəni, ÇL-in pley-off mərhələsindən dəm vurmaqdan ötrü, ilk öncə çempionatımızın səviyyəsi qalxmalıdı ki, rəqabət ciddi olsun. Başqa sözlə, “tək əldən səs çıxmaz”.
Oyuna gəlincə, “Qarabağ”dan təəccübləndirən yalnız Riçard Almeyda oldu. İndiyədək braziliyalı yarımmüdafiəçinin belə bərbad oyununa rast gəlinməmişdi. Ötürmələrdə iyirmiyədək səhvə yol verən Almeyda dünənki oyunda daha çox şotlandlara kömək etdi. 
Alharbi El Jadeyaoui. Bu, 67 nömrə haqda yazmağa söz tapmaq çətindi. “Uyğunlaşa bilmir”, “hələ ki, öz oyununu tapmayıb” və s. ifadələrin yeri artıq tükənib. Mərakeşli yarımmüdafiəçi “Qarabağ”ın adına və səviyyəsinə uyğun gəlmir. Daha çox turist gəzintisinə çıxan qonağı xatırladan El Jadeyaouinin faydalı iş əmsalının çox aşağı olması, de-fakto, Azərbaycan çempionunu hücumlarını tək – sol cinahdan qurmağa məcbur edir. Onun mövqeyinə Əfran İsmayılov daxil olduqdan sonra sağ cinah dirildi. Təəssüf ki, İsmayılovun fiziki durumu 90 dəqiqə mübarizə aparmağa imkan vermirdi. 
Start heyətində hücumda yer alan Raydell Puppon haqda qəti fikir söyləmək tez olsa da, dünənki oyunda rəqib qapısı qarşısında əlahiddə heç nəylə yadda qalmadığını qeyd etməliyik.
Dani Quintana oyunu daim üzərinə götürməyə cəhd göstərsə də, çoxsaylı qüsurları potensialına şübhə etməyə kifayət qədər əsas verir. Hücumların kəsərini artırmaq funksiyasını yerinə yetirməli olan əlaqələndirici halqa, nə sol cinahdan irəliləməli olan Reynaldonu vaxtaşırı topla təmin edirdi, nə də özü ciddi təhlükə yaradırdı.
Fasiləyə qədər oyunu diqtə edən tərəf təmsilçimiz idi. Ancaq real qol vəziyyətlərinə gəlincə, cəmi bir dəfə Kreyq Qordon məharətini nümayiş etdirməli oldu. Riçard Almeydanın yaxın küncə ünvanladığı zərbədən sonra əlcək sahibi inamlı sıçrayışla 30 minlik stadionun “partlaması”nı əngəllədi. Bir dəfə də Rəşad Sadıqov fərqlən bilərdi. Ancaq meydançanın bərbad vəziyyətdə olması, künc zərbəsindən sonra təcrübəli kapitanın topa zərbə endirməsinə imkan vermədi. Qalib gəlmək istəyən komanda üçün ilk 45 dəqiqədə 1,5 qol epizodu yaratmaq əlbəttə ki, azdı.
Fasilədən sonra isə 2-ci zona itdi. Müdafiə və hücum xətti arası ilə əlaqələndirici zəncir yox idi. Bunda əlbəttə ki, Almeydanın “müstəsna xidməti” oldu. Azərbaycan çempionunun fiziki cəhətdən rəqibə uduzması da hər ötən dəqiqə daha qabarıq şəkildə özünü büruzə verirdi. Yeni transferlər Dani Quintana, Alharbi El Jadeyaoui və Raydell Pupponun oyunun gedişində əvəzlənmələri, baş məşqçinin onlardan razı qalmadığını əyani şəkildə göstərdi. 
“Qarabağ”ın cari Çempionlar Liqasında doğma “divarlar arası”nda nəinki qələbə qazanması, heç qol vura bilməməsi daha bir həyəcan siqnalıdı. Bu, Ağdam təmsilçisinin müdafiədən oynayan komandaların qapısına yol tapmaqda çətinliklərlə üzləşdiyindən xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində əks-sədasını hiss etdirə bilər.
“Köhlən atlar”ın ən böyük uğuru kimi qələmə alacağımız məqam isə, komandada özünəinam hissinin artmasıdı. Çempionumuzun istənilən rəqib qarşısında dizlərinin əsməməsi faktdı. Psixoloji cəhətdən çox arxayın oynayan ağdamlılar, 100 minlik stadionlarda belə özlərini rahat hiss edə bilirlər. Əlbəttə, püşkatmadan da çox asılı olacaq. Ancaq ötənilki təcrübənin bu dəfə Qurban Qurbanov və komandasının yardımına çatacağına inam böyükdü.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Dünya futbolu2024-04-25 15:47

Premyer Liqanın cari mövsümü tarixə düşdü

blank
Ölkə futbolu2024-04-25 15:33

“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 15:16

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

blank
Ölkə futbolu2024-04-25 15:01

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

blank
Ölkə futbolu2024-04-25 14:44

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm