Premyer-liqa
İki variant: “Qarabağ” – “Neftçi” oyunu hansı stadionda keçiriləcək?
Topaz Premyer Liqasının VI turu “Qarabağ” – &ldqu…
Topaz Premyer Liqasının VI turu “Qarabağ” – “Neftçi” oyunu ilə əlamətdar olacaq. Çempionatların daimi iştirakçılarının budəfəki oyunu ilə bağlı qeyri-müəyyənlik mövcuddu. Belə ki, matçın hansı stadionda keçiriləcəyi hələ bəlli deyil.
Tofiq Bəhramov adına Respublika stadionunun qazonu yaxşı vəziyyətdə olmadığı üçün Ağdam təmsilçisi sözün həqiqi mənasında didərgin düşüb. Digər tərəfdən isə bu amil klubun Suraxanıdakı stadionunda aparılan işləri sürətləndirib.
Futbolinfo.az saytının məlumatına görə, Azərbaycan derbisinin məhz yeni arenada keçirilmə ehtimalı çoxdu. Sadəcə, stadionda son işlər sürətli aparılmalıdı. Canlı yayım üçün şərait yaradılmalı, arenaya generator gətirilməlidi. Məhz bütün bunlar tez bir zamanda həllini tapsa, o zaman qazonu ideal vəziyyətdə olan yeni arenada oynamaq üçün heç bir problem qalmayacaq.
Qeyd edək ki, bu məsələlər həll olunmasa, oyun “Dalğa Arena”da reallaşacaq. Bütün bunlarla bağlı bu gün və ya sabah qərar qəbul olunacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”