Ölkə futbolu
Durum ciddiləşdi: "Kəpəz" Benzemanın həkiminə üz tutmalı oldu
“Kəpəz”in zədəli futbolçusu Dario Frederiko bu …
“Kəpəz”in zədəli futbolçusu Dario Frederiko bu gün Braziliyada əməliyyat olunacaq. Futbolinfo.az xəbər verir ki, Meniski zədələnən yarımmüdafiəçi vətənində yenidən müayinədən keçib və xaçabənzər diz bağının hissəvi qırılması üzə çıxıb.
Bu səbəbdən Dario eyni vaxtda iki əməliyyat olunacaq. Braziliyalının hər iki əməliyyatının xərcləri və bərpaedici proses üçün tələb olunan maliyyə vəsaiti “Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyevin tapşırığına əsasən klub tərəfindən ödəniləcək.
Frederikonu əməliyyat etmək üçün Fransadan həkim dəvət olunub. Bu həkim vaxtilə Kərim Benzemanı da əməliyyat edib. Darionun “Kəpəz”in düşərgəsinə qayıdışı gələn ilin aprel ayına təsadüf edəcək.
Qeyd edək ki, Frederiko Topaz Premyer Liqasının XII turunda AZAL-la oyunda zədələnib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib