Bizi izləyin

Premyer-liqa

"Sumqayıt"a həsr olunan gün

Bu da Sumqayıt. Həmişəki kimi, soyuq, dəniz kənarında, jurnalis…

blank
Bu da Sumqayıt. Həmişəki kimi, soyuq, dəniz kənarında, jurnalistlər üçün işləməyə şəraiti olmayan Sumqayıt. Amma biz ümidliyik. Ümidliyik ki, klub prezidenti Kamran Quliyev vədinə əməl edəcək və KİV təmsilçiləri qış fasiləsindən sonra normal qaydada çalışmaq üçün şəraitlə təmin olunacaq. Hələlik isə…
Tanıyırsınız Vaqif Davudovu? Başlayaq ondan. Hələ “Futbol+” qəzetində işləyən dövrlər idi. Bakı kəndlərinin yarışını təşkil edirdi. Daim jurnalistləri özünə güldürən bu yaşlı yoldaş (üzr istəyirəm, ağsaqqal deməyə ona rütbə tanıya bilmədim) özəl bir məlumat verdi: “Jurnalistlər fasilə zamanı meydançanın kənarında dayanmalıdı, onların dəhlizdə nə işi?!” Davudovu anlamamaq olmur. Yeni poqonlar asıb. Nə olsun ki, bu poqonlara yaraşmır. AFFA-dı da, həmişəki kimi gülünc qərarlar verir. Belə bir ifadə var: “ikinci probeqi gedir”. Bax, onun da 2-ci, 3-cü, bəlkə də 153-cü probeqi gedir. Sual olunur, onu hansı ağılla AFFA nümayəndəsi təyin ediblər? Ölkə prezidenti məgər sərəncam imzalamayıb ki, neçə yaşdan sonra pensiyaya çıxırlar? Kim təyin edib bu qocanı Premyer Liqa oyununa?  Artıq-əskik danışmağa da ehtiyac yoxdu, AFFA nümayəndəsi əvvəlcə qafasını işə salıb düşünməlidi ki, media təmsilçiləri hansı şəraitdə işləyir, sonra hansısa fikri yürütməlidi. Qocalıb, yardım etmək istəyirsiniz, problem deyil, aparın qocalar evinə, orda yardım edin. Ciddi iş, bu yoldaşlıq deyil…
İlk yarı barədə danışmaqdansa, danışmamaq yaxşıdı. İlk dəqiqələrdə “Kəpəz” bir hücum ərzində iki dəfə topu qapı tirinə çırpdı. Amma “əsl futbol görəcəyik” düşünənlər yanıldı. Çünki 45 dəqiqə ərzində futbol adına heç nə görmədik. Oyunsonrası mətbuat konfransında ənənəvi “maraqlı oyun oldu”, eşitdikdə isə Şahin Diniyevə ünvanlanan sualımız təbii idi: “Məgər ilk yarıda ümumiyyətlə, futbol adına nəsə oldu”? Diniyev diplomat deyil. Bəlkə də buna görə daha çox tənqid olunur. Amma Şahin müəllim “səmimilik qılıncı”nı yerə qoymadı və kişi kimi etiraf etdi ki, birinci 45 dəqiqəyə bir quş. Doğrudu, bunu əsaslandırmağa çalışdı. Dedi ki, mərkəzi rəqibə verdik ki, “Sumqayıt”ı əks-hücumda yaxalayaq. Sonra da dolayısı ilə etiraf etdi ki, meydan sahibləri mərkəzi istəmədilər və belədə, nə mərkəz oldu, nə də meydan.
Sonra fasilə yaşandı. “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovun fədakarlığı barədə söz açmayacağıq, amma insan olduğunu və ailə tərbiyəsi gördüyünü nümayiş etdirdi. Bunu görənlər gördü, görmyənlər isə… Fasilədən sonra isə, nəhayət, futbola da baxdıq…
İkinci 45 dəqiqəyə ildırım sürəti ilə başlayan “Sumqayıt” tezliklə istəyinə çatdı. Şahin Diniyevin planını təsvir etsək, o, fasilədən dərhal sonra komandasının tempi artıraraq, təşəbbüsə yiyələnməsini düşünürdü. Amma bu məqamda Samir Abasov onu üstələdi. Gəl ki, təcrübəli mütəxəssisin borcu özünü gözlətmədi və Aleksandr Sitniki döyüşə atan Diniyev tezliklə meydan sahiblərini “ağ bayraq” qaldırmağa məcbur etdi – 1:1.
Ancaq ən dramatik sonluq bundan sonra yaşandı. Qoldan ruhlanan qonaqlar irəli atıldı və əks-hücumda yaxalandılar. İkinci hissənin ortalarında meydana daxil olan Amil Yunanova cəmi 7 dəqiqə kifayət etdi ki, 2-ci dəfə “Sumqayıt”ı hesabda irəli çıxarsın. Artıq yerli fanatlar qələbəni bayram edirdi. Amma oyunu ideal idarə edən Fariz Yusifovun oyuna əlavə etdiyi son – 5-ci dəqqədə “nöqtə”ni göstərməsi heç-heçəni şərtləndirdi: Slavik Alxasovun əllə oyununa görə təyin edilən penaltini, Tural Axundov dəqiq yerinə yetirdi…
Final fiti penalti vurulmamışdan səsləndi. Yəni, Yusifov hər iki komanda üzvlərini xəbərdar etdi ki, təkrar zərbəyə belə, imkan yaradılmayacaq. Qərəz, Axundov toru silkələdi və ardınca yerli publika hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməyə başladı.  Onlar tribunanı altından keçərkən, sumqayıtlı fanatlar onlara alışqanlar atmağa başladı. Bütün banlar futbolda təbii qarşılanır. Amma laysman…
Alışqanlardan biri Coşqun Həsənovun qoluna dəydi. Yan xətt hakimi üzünü fanatlara tutaraq, əllə “başınızı kəsərəm” işarəsi etdi. Uzun illər öncə Fariz Yusifovla güclülər dəstəsində futzalçı kimi dəfələrlə üz-üzə gəlmişik. Bəlkə də peşəkarlığa zidd idi, amma bunu etdim. Fariz bəyə yaxınlaşaraq, hadisəni nəql etdim və laysmanı yanına çağıraraq, etdiklərinə izahat almasını xahiş etdim. Qəribəsi budu ki, Həsənov “əcəb elədim! Onlar məni söyə bilər? Bəs alışqan başıma dəysəydi, necə?” deyərək, Hakimlər Komitəsinin kimləri yetişdirdiyini nümayiş etdirdi. 
Erik Kantona azarkeşə təpik atmışdı. Azarkeşə ha! Maraqlıdı, bəs laysman fanatları “razborka”ya niyə çəkmədi?! Qısası, Xaqani Məmmədovun kadrlarının bir adı var – faciə! Amma bu da son deyil. Son abzas “Sumqayıt”ın “Mourinyo”suna həsr olunur…
Meydan sahiblərinin baş məşqçisi Samir Abasova mətbuat konfransında verdiyim sual heç ürəyinə yatmadı. Qısa dialoqumuz bu cür alındı: 
– Baş məşqçi vəzifəsinə yenicə təyin olunduqdan sonra demişdiniz (SİZ, deyərək müraciət olunur!) ki, oyunçularım heç bir zaman vaxt uzada bilməzlər. Belə bir şey olsa, mən burda çalışmaram. Amma bu gün fasilədən sonra az qala komandanızın üzvlərinin yarısı meydançaya sərilib, vaxt uzatmaqla məşğul idi…
– Kimi nəzərdə tutursan?
– Bir deyil, iki deyil, dedim axı, futbolçularınızın yarısı bu işlə məşğul idi…
– Tərlan Əhmədli simulyasiya, vaxt uzatdığına görə cəzalandırıldı. İndi ver sualını!
– Mən sualımı vermişdim!
– Cavablandırdım da!
Eh, Samir. Sənə “siz” deyərək müraciət etdimsə, o demək deyil ki, “poqon”larına hörmət etdim. Sənin futbolçu kimi hansı səviyyədə oynadığını hər kəs görüb. Təmsil etdiyin klubun prezidentinə isə tövsiyə edərdim ki, arada sənə “etika dərsi” keçsin, çünki bu gedişlə “Sumqayıt”dakı baş məşqçiliyin uzun sürməyəcək. Təəssüf ki, bu mədəniyyətə sahib klub prezidentinə, bu dünyagörüşünə malik mətbuat katibinə belə baş məşqçiylə işləmək nəsib olub… Yəqin ki, uzun sürməyəcək.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-25 20:17

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

blank
Dünya futbolu2024-04-25 20:00

“Real”ın qapıçısı sıraya döndü

blank
Digər idman növləri2024-04-25 19:38

Azərbaycan gimnastları Bolqarıstandakı turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Dünya futbolu2024-04-25 15:47

Premyer Liqanın cari mövsümü tarixə düşdü

blank
Ölkə futbolu2024-04-25 15:33

“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 15:16

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

blank
Ölkə futbolu2024-04-25 15:01

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

blank
Ölkə futbolu2024-04-25 14:44

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm