Premyer-liqa
Osvaldo: "Mövsümün sonunda arzuladığımız məqsədə çata bilərik"
Topaz Premyer Liqasının XIIIV turunda keçirilən “Kəp?…
Topaz Premyer Liqasının XIIIV turunda keçirilən “Kəpəz” – “Neftçi” (1:1) oyunundan sonra ev sahibi komandanın futbolçusu Junior Osvaldo klub saytına matçla bağlı fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi qələbə üçün meydana çıxdıqlarını, amma bu məqsədə çata bilmədiklərini təəssüflə qeyd edib:
“Onu deyə bilərəm ki, “Neftçi”yə qarşı yaxşı oynadıq. Əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Oyunda daha çox qol vurmaq üçün şanslarımız oldu, ancaq təəssüf ki, bundan yararlana bilmədik. Hələlik çempionatın yarısını arxada qoymuşuq, 18 oyun keçirmişik və turnir cədvəlinin 5-ci pilləsindəyik. Məncə, bu, yaxşı nəticədir. Yaxşı istirahət etdikdən sonra səylə hazırlaşıb, mövsümün sonunda arzuladığımız məqsədə çata bilərik”.
Cənubi amerikalı 90 dəqiqə ərzində komandaya dəstək verən azarkeşlərə təşəkkürünü çatdırıb: “Bütün azarkeşlərə minnətdarıq. Oyunlarımızın hamısında bizi ürəkdən dəstəklədilər. Belə də davam etsinlər. Fanatların dəstəyi ilə uğurlu nəticələrə imza atıb, daha irəliyə gedəcəyik”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”