Ölkə futbolu
"İnter"in yeni prezidenti Nikolovla halallaşdı
“İnter”də Georgi Nikolov erası başa çatdı. Bu …
“İnter”də Georgi Nikolov erası başa çatdı. Bu gün klubun yeni prezidentinin adı məlum olub. Futbolinfo.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankında Mühasibat uçotu və nəzarət departamentinin direktoru vəzifəsində çalışmış Rəşad Qasımov bu gün kluba yeni prezident kimi təqdim olunub.
Görüşdə texniki və inzibati heyətlə yanaşı, komandanın kapitanı Səlahət Ağayev və sabiq prezident Georgi Nikolov da iştirak ediblər. Qasımov bolqarıstanlı funksionerə klubun inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib. Nikolov da öz növbəsində sələfinə yeni postda uğurlar arzulayıb.
Mərasimdə klubun vitse-prezidenti Müzəffər Novruzəliyevin iştirak etməməsi təsadüfi deyil. Belə ki, onun yaxın günlərdə “İnter”dən yola salınacağı gözlənilir.
Klubun 38 yaşlı yeni prezidentinə gəlincə, əmək fəaliyyətinə 1994-cü ildən başlayan Qasımov Gəncədə zona kassa hesablama mərkəzində başlayıb. Daha sonra “Aqrar-Qafqaz” və “Middle Eastern Textiles” şirkətlərində işləyib. 2000-ci ildən Azərbaycan Beynəlxalq Bankının Maliyyə menecmenti, Mərkəzi xəzinədarlıq, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildən Mühasibat uçotu və nəzarət departamenti Direktori vəzifəsində çalışıb.
Qeyd edək ki, “İnter”dəki gözlənilən dəyişiklik barədə futbolinfo.az hələ dekabrın 12-də xəbər vermişdi. Yaxın vaxtlarda bəstəkar Eldar Mansurovun oğlu – Ülvinin klubun Müşahidə Şurasına sədr təyin olacağı da gözlənilir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”