Ölkə futbolu
"İnanıram ki, "Qarabağ"ı mübarizədən kənarlaşdırıb…"
"2 il əvvəl "Qarabağ"la yoxlama görüş&uum…
"2 il əvvəl "Qarabağ"la yoxlama görüşündə üz-üzə gəlmişdik. Yadıma gəlir, həmin oyunda mən də iştirak etmişdim". Futbolinfo.az xəbər verir ki, bu sözləri Çexiyanın "Viktoriya" klubunun kapitanı Roman Hubnik deyib.
Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Plzen təmsilçisi "Qarabağ"la qarşılaşacaq. Oyundan öncə təşkil olunan mətbuat konfransında Hubnik Azərbaycan çempionu ilə 2 il əvvəlki qarşılaşmaya toxunub: "Həmin oyun yoxlama matçı idi və nəticəsi heç bir önəm daşımırdı. Ancaq indi komandalar çox dəyişib. Rəqibin son oyunlarını da analiz etmişik. Qarşımızdakı rəqibin heyəti səviyyəli futbolçulardan təşkil olunub. Ancaq biz də 2014-cü ilə nisbətən iki dəfə güclənmişik. İnanıram ki, "Qarabağ"ı mübarizədən kənarlaşdırıb, qitənin bir nömrəli yarışında yolumuza davam edəcəyik".
Xatırladaq ki, "Viktoriya" – "Qarabağ" matçı bu gün saat 22:15-də start götürəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”