Əvəzedicilər
Samir Əliyev: "Neftçi" sırf nəticəyə oynamır
"Neftçi”nin əvəzedici komandasının baş məşq&c…
"Neftçi”nin əvəzedici komandasının baş məşqçi Samir Əliyev yeni mövsümün açılış turunda qarşılaşdıqları AZAL-la oyundan sonra klubun rəsmi saytına danışıb. Futbolinfo.az xəbər verir ki, 2:1 hesablı qələbəyə sevinən "ağ-qaralar"ın çalışdırıcısı bunları söyləyib:
"Mövsümün ilk oyunu həmişə çətin keçir. AZAL-la oyunumuz da gərgin və maraqlı alındı. Heyətimizdə olan 9 nəfər 1999-cu il təvəllüdlü futbolçulardan 3-nü start heyətində meydana buraxmışdıq. Oyunun gedişində daha 2 futbolçuya şans verdik. Ümumiyyətlə, komandamızda cəmi 1 nəfər 20 yaşlı futbolçu var ki, o da qapıçı Sənan Əlizadədir. İkinci qapıçımız isə 16 yaşlı Nail Alışovdur. Qalan uşaqların hamısı 1997-ci il təvəllüdlü və daha gənc futbolçulardır. Təbii ki, heyəti gənc futbolçulardan qurmuşuqsa, deməli, sırf nəticəyə oynamırıq. Əsas məqsəd bu futbolçuları A komandası üçün mümkün qədər tez hazırlamaqdır. Çempionatın hər turunda bu futbolçulara şans verəcəyik. Daha çox çalışsalar, inanıram ki, tezliklə əsas komandaya çağırılacaqlar”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”